Sen 27, 2023 18:52 Asia/Baku

Vaxtı ilə Qarabağdakı separatçı rejim rəhbərliyində təmsil olunan, Azərbaycan Respublikası tərəfindən dinc azərbaycanlılara qarşı qətliamlarda iştirakda günahlandırılan Samvel Babayan Laçın dəhlizində Azərbaycanın yoxlama-buraxılış məntəqəsindən keçərək Ermənistana gedib.

Azərbaycan tərəfindən axtarışa verilmiş ermənilərdən biri olduğu deyilən Samvel Babayan İrəvana çatdıqdan sonra Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib ki, əvvəlcə Ağdərədən Xankəndiyə gəlib, daha sonra isə İrəvana gedən karvana qoşulub:

“Maşından düşüb (postda – red.) Azərbaycan polisləri ilə salamlaşdım, 15 metr getdim, orada bir polis də dayanmışdı, onunla da salamlaşdım, maşın skanerdən keçəndən sonra oturub keçdim. Müfəttişlər 30 yaşlı gənclərdir, məni tanımırdılar. Heç kimin pasportunu da yoxlamırlar”.

Babayan həmçinin maskalanaraq postu keçdiyi barədə məlumatları təkzib edib.

Azərbaycanın Qarabağı tərk etmək istəyən ermənilərin uzun sıralarına rəğmən Laçın dəhlizində uzun vaxt tələb edən yoxlama-buraxılış əməliyyatından vaz keçməməsi və bütün şəxslər və maşınları bir bir yoxladığı bir şəraitdə rəsmi Bakı tərəfindən cinayətkar olaraqa tanınan Samvel Babayanın sərhədi açıq üzlə keçməsini bəziləri ABŞ-ın çağırışı ilə əlaqələndirirlər.

Belə ki, Çərşənbə axşamı ABŞ dövlət katibi Entoni-Blinken prezident İlham Əliyevə "Dağlıq Qarabağın bütün sakinləri üçün sülh, qarşılıqlı anlayış və qarşılıqlı hörmətə əsaslanan gələcək quracağı" haqqında bəyanatlarını xatırladaraq, onu geniş amnistiya elan etməyə çağırıb, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib, xəbəri Turan-ın müxbiri verib.

Blinken bu ay ərzində üçüncü dəfə Əliyevlə söhbət edib. Artıq məlumat verildiyi kimi, tərəflər Dağlıq Qarabağda potensial müşahidəçilər missiyasını müzakirə ediblər.

Blinken Əliyevi "Dağlıq Qarabağın sakinlərinə öz evlərində təhlükəsiz şəraitdə yaşaya biləcəklərinə və hüquqlarının müdafiə olunacağına zəmanət verməyə" çağırıb, deyə Miller bildirib.

Qeyd edək ki, ABŞ başda olmaqla qərb dövlətləri və qurumları Azərbaycan Respublikası ordusunun Qarabağda həyata keçirdiyi son əməliyyatdan və Qarabağı nəzarətə almasından son dərəcə qəzəblidirlər. ABŞ rəsmi Bakının Qarabağ erməniləri barədə öhdəliklərini yerinə yetirəcəyinə şübhə etdiyini bildirir və beləliklə də Qarabağa qərbin müşahdiə missiyasının yerləşdirilməli olduğunu vurğulayır.

 

Məhz bu istiqamətdə ABŞ-n iki yüksək vəzifəli məmuru- dövlət katibinin köməkçisi səlahiyyətlərini icra edən Yuri Kim və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauerin hazırda hərbi əməliyyatların nəticələrini qiymətləndirmək üçün Ermənistanda səfərdədir.

Samanta Pauerin İrəvanda qərbin Qarabağda iştirakını vurğulayan bəyanat verdi:

O “Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyini qiymətləndirmək üçün Dağlıq Qarabağda beynəlxalq iştirak olmalıdır”,- dedi

 Qərbin Qarabağa müdaxilə cəhdləri elə bir şəraitdə güclənib ki, Rusiya bu cəhdlərə qarşı kəskin mövqedə olduğunu vurğulayır. Kremlin sözçüsü Dmitri Peskov bu barədə belə deyib: “Üçüncü tərəflərin Qafqazda potensial vasitəçilik imkanları olmadan öz mövcudluğunu bərqərar etmək cəhdlərinin qarşısını almaq əsasdır”. O amerikanların Qarabağa nümayəndələr göndərməkdəki israrlarına cavabda bunun sadəcə rəsmi Bakının qərarı ilə mümkün olacağını deməklə, bu barədə Azərbaycan Respublikası ilə Rusiya arasında koordinasiyanın olduğuna eyham vurub.

Ermənistanla Azərbaycanın qərb ilə Rusiya qarşıdurması meydanına çevrilməkdə olduğu bir şəraitdə rəsmi Bakının iki daş arasında qərblə münasibətlərin korlanması sürətini almaq üçün qərbin amnistiya çağırışlarına çox da dirənmək niyyətində olmadığı görünür. Samvel Babayanın Laçın postundan heç bir maneə olmadan buraxılması da bu istiqamətdə qiymətləndirilə bilər. Rusiya tərəfinin də Ruben Vardanian kimilərin buraxılmasında maraqlı olduğunu nəzərə alaraq digər separatçı başçılarin bir çoxu barədə də oxşar addımların atılacağı gözlənilir.  

Teqlər