Noy 20, 2023 16:08 Asia/Baku

Dünən İslam İnqilabının Böyük Rəhbərinin Sepah-ın aerokosmik qüvvələrinin son nailiyyətləri sərgisinə baş çəkmələri zamanı «Fəttah 2» adlı yeni hipersəs raketinin təqdimatı olubdur ki, bu hadisə ərəb medialarında geniş şəkildə işıqlandırılıbdır.

Əlcəzirə telekanalı bu haqda yazıb: İran Rəhbəri vurğuladı ki, sionist rejim qırx gündən çox hərbi gücündən istifadə etmiş olsa da, öz hədəflərini reallaşdıra bilməyibdir.Bu Qətər telekanalı İslam İnqilabının Böyük Rəhbərinə istinadla yazıb: Qəzzədə uşaq və qadınların qırğın olunmaları və xəstəxanaların vəhşicəsinə bombardman edilməsi, sionist rejim başçılarının əsəbi olduqlarını göstərir.Əl-Məyadin telekanalı isə yazıb: İslam İnqilabının Böyük Rəhbəri təkid etdi ki, sionist rejimin Qəzzədəki məğlubiyyəti bir reallıqdır və onların xəstəxanalara və insanların evlərinə girmələri, qələbə deyildir.RT kanalının ərəb bölməsi də İslam İnqilabının Böyük Rəhbərinin İranın hərbi gücü barədəki bəyanatını yayıb.Əl-Əhd informasiya saytı isə İslam İnqilabının Böyük Rəhbərinə istinadla belə yazıb: Qəzzə hadisələri bir çox gizli həqiqətləri dünya xalqlarına aşkar etdi və sionist rejimin Qəzzədəki məğlubiyyəti bir gerçəklikdir, zira xəstəxanalara və insanların evlərinə hücum, qələbə deyil.Həmçinin Əl-Məsirə kanalı yazıb: İran Rəhbəri vurğuladı ki, sionist rejim Qəzzəni geniş şəkildə bombardman etmiş olsa da, öz hədəflərini reallaşdıra bilməyibdir.Bu Yəmən kanalı İslam İnqilabının Böyük Rəhbərinə istinadla yazıb: Qəzzədə xəstəxanaların vəhşicəsinə bombardman edilməsi, həmçinin uşaq və qadınların qırğın olunmaları, sionist rejimin məğlubiyyətdən əsəbi olduğunu göstərir.Digər ərəb mediaları da «Fəttah 2» adlı hipersəs raketinin təqdimatı və İslam İnqilabının Böyük Rəhbərinin Sepah-ın aerokosmik qüvvələrinin son nailiyyətləri sərgisinə baş çəkdikləri zaman Qəzzə hadisələri barədəki bəyanatını geniş şəkildə işıqlandırıblar.Dünən səhər «Aşura» aerokosmik elm və texnika universitetində olan İnqilab Rəhbəri bir saat yarım müddətinə Sepah-ın aerokosmik qüvvələrinin daimi sərgi məkanında bu qüvvələrin son nailiyyətləri sərgisinə baş çəkiblər.Raket, PUA, hava hücumundan müdafiə sistemi və kosmik bölmələrə şamil olan sərgidə Sepah-ın aerokosmik qüvvələrinin gənc alim və mütəxəssislərinin yeni və modern nailiyyətləri “İdeyadan- tam İran məhsulunadək” adı altında sərgilənmişdi.İslam İnqilabının Böyük Rəhbərinin bu sərgidə olmaları ilə bir zamanda, «Fəttah 2» tipli adlı hipersəs kruz raketi, “Mehran” tipli səyyar hava hücumundan müdafiə sistemi və modernləşdirilmiş “Doqquz Dey” sistemi, həmçinin “Şahid-147” pilotsuz uçuş aparatının təqdimatı olub.

Teqlər