May 24, 2015 19:01 Asia/Baku
  • İranla razılaşma səyləri
    İranla razılaşma səyləri

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi deyib: İranla əhatəli razılaşmaya çatmağa çalışırıq.

Səhər kanalının məlumatına görə, Avropa Birliyi və Fars Körfəzi ölkələri nazirlərinin iclasında iştirak üçün Qətərin Doha şəhərində olan Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini İranla altılıq arasındakı nüvə müzakirələrinə toxunaraq, bir daha vurğulayıb: İranla əhatəli razılaşmaya çatmağa çalışırıq.
İranla altılıq arasındakı nüvə müzakirələrinin dördüncü dövrü bir razılaşma çərçivəsi barədə anlaşmaya nail olduqdan sonra ötən cümə başa çatdı. Müzakirələrin növbəti dövrü çərşənbə axşamı keçiriləcək.

Teqlər