İraqçı nüvə müzakirələri və qırmızı xətləri açıqladı
May 26, 2015 10:07 Asia/Baku
-
Seyid Abbas İraqçı
İranın nüvə müzakirə heyətinin baş üzvü deyib: İran müzakirəçiləri dəqiq göstərişlər çərçivəsində addım atırlar və İslam İnqilabının Böyük Rəhbəri tərəfindən təyin olunan qırmızı xətlər yerinə yetirilir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın nüvə müzakirə komandasının baş üzvü Seyid Abbas İraqçı bazar ertəsi gecə İranın 2-ci telekanalının xüsusi dialoq proqramında həmçinin ehtimal olunan nüvə anlaşmasından sonra araşdırmalar barədə deyib: İran milli təhlükəsizliyi, hərbi informasiyaları və öz alimlərinin nailiyyətlərini heç nəyə qurban və ona heç bir zərbə dəyməsinə icazə vermir.Əlavə protokolun İran üçün qırmızı xətlərdən olmadığını bəyan edən İraqçı xatırladıb: Əlbəttə qırmızı xətlərin zaman ərzində yerdəyişməsi mümkündür. Lakin hələlik olmayıb və göstərişlər dəyişilməyib. Əlavə protokolda nüvə obyektlərinə baxış keçirmək vardır.
İranın nüvə müzakirə heyətinin baş üzvü əlavə protokolun təsdiqlənməsinin İslam Şurası Məclisinin rəyi ilə şərtləndiyini və Yekun Müştərək Proqrama toxunaraq əlavə edib: Əgər yekun anlaşma olarsa, əlavə protokol parlamentin rəyinə bağlıdır və qanuni prosesi keçəcək.
İran xarici işlər nazirinin müavini ehtimal olunan nüvə anlaşmasından sonra sanksiyaların vəziyyəti barədə də deyib: Bütün iqtisadi və maliyyə sanksiyaları, o cümlədən enerji, bank, maliyyə xidmətləri, SWIFT, sığorta, nəqliyyat, gəmiqayırma, limanlarla əlaqədar embarqolar nüvə anlaşmasının icra olunduğu gündə birdəfəlik ləğv olunacaqdır.