Zərif: Dialoq bölgənin güclənməsinə səbəb ola bilər
https://azeri.sahartv.ir/news/İran-i194219-zərif_dialoq_bölgənin_güclənməsinə_səbəb_ola_bilər
İran xarici işlər naziri deyib: Regional danışıqlar bölgənin təhlükəsizlik əməkdaşlıqları istiqamətində konstruktiv proseslərin yaradılması ilə nəticələnə bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2015 15:38 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran xarici işlər naziri deyib: Regional danışıqlar bölgənin təhlükəsizlik əməkdaşlıqları istiqamətində konstruktiv proseslərin yaradılması ilə nəticələnə bilər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Küveytdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının iclası və Oman və Küveytə regional turnesi ərəfəsində "Qonşulara salam; İranın müraciəti budur" başlıqlı müraciətdə əlavə edib: Heç kim böhranları qızışdırmaqla qonşuluq coğrafiyasını dəyişdirə bilməz. Lakin əməkdaşlıq və anlaşma yolu ilə region xalqları üçün yaxşı gələcəyi yaratmaq olar.
Zərif bildirib: İran özü ətrafında və beynəlxalq səviyyədə sülh və dostluqdan başqa məqsədi izləmir və əvvəllər də elan etdiyi kimi dini, mədəni, tarixi ortaqlıqları, dinc yanaşı yaşama prinsipləri, yaxşı qonşuluğa əsaslanan qaydaları nəzərdə tutmaqla regional problemlərə davamlı həll yolu tapmaq, islam dünyası ilə öz münasibətlərini genişləndirmək, ümumilikdə ərəb dünyası, xüsusilə də qonşu ərəb ölkələri ilə əlaqələri gücləndirmək üçün danışıq və dialoqa hazırdır.