Zərifin görüşləri
May 27, 2015 08:31 Asia/Baku
-
Məhəmməd Cavad Zərif - İİR xarici işlər naziri
İslam ölkələri xarici işlər nazirlərinin iclasında iştirak üçün Küveytə səfər etmiş İran xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb.
İRİB-nin məlumatına görə, Zərif dünən gecə yarısı keçirilmiş bu görüşdə deyib: Biz bu təşkilatla əməkdaşlıqda ciddiyik. Çünki, İslam Əməkdaşlıq Təşkilatının İslam dünyası hadisələri qarşısında həssas olmalı olduğuna inanırıq.Məhəmməd Cavad Zərif əlavə edib: Terrorizm və ifratçılıq bütün ölkələrə qarşı müştərək hədədir və regionda səbatsızlıq və əmin-amansızlığa bais olmuş məsələ ilə mübarizə üçün daha ciddi addımların şahidi olmalıyıq.
Zərif Yəmən məsələsində də toxunub: İslam Əməkdaşlıq Təşkilatı İslam dünyasının bu mühüm məsələsinə daha ciddi yanaşa və bütün yəmənli qrupları bir masa ətrafına toplaya bilməlidir ki, bu faciənin tez bir zamanda başa çatmasının şahidi olmuş olaq.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Əyyad Mədəni də çərşənbə və cümə axşamı günləri Küveytdə keçirilən İslam ölkələri xarici işlər nazirlərinin 42-ci iclasının proqramını şərh edərək, deyib ki, İranın bu təşkilatın proqramları, xüsusən 2015-2025-ci onillik proqramının hazırlanmasındakı iştirakına görə təşəkkür edirik.
Türkiyənin xarici işlər naziri Cavuşoğlu da Zəriflə görüşdə Yəmən böhranının yeganə həll yolunu dialoq adlandırıb. O, Yəmən müharibəsindən zərərçəkənlərə təcili yardımı olduqca vacib adlandırıb və bu barədə İslam ölkələri başçılarının fikir mübadiləsini vurğulayıb.
İranın xarici işlər naziri də Tehranın regionun cari vəziyyətindən nigaran olduğunu deyərək, bildirib ki, əgər region ölkələri bu insanlığa zidd fenomenlə ciddi və əsaslı mübarizə aparmazlarsa, mütləq regionda əmin-amansızlıq və səbatsızlıq artacaq.