May 27, 2015 09:54 Asia/Baku
  • Məhəmməd Cavad Zərif - İran Xİ naziri
    Məhəmməd Cavad Zərif - İran Xİ naziri

İslam ölkələri xarici işlər nazirlərinin 42-ci iclasında iştirak üçün Küveytdə olan İran xarici işlər naziri küveytli və özbək həmkarları ilə görüşüb.

İRİB-nin məlumatına görə, Küveytin xarici işlər naziri Sabah Xalid əs-Sabah Məhəmməd Cavad Zəriflə görüşdə İranla ikitərəfli və regional həmkarlıqların yüksəlməsi və siyasi məşvərətlərin gücləndirilməsini vurğulaıyıb. O, deyib ki, ikitərəfli həmkarlıqlar üzrə müştərək komissiya daha da fəal olmalı və bu komissiyasının növbəti iclasının keçirilməsi üçün münasib zaman təyin edilməlidir.
Görüşdə iki tərəf həmçinin Suriya, Yəmən və İraq daxil olmaqla son regional hadisələri araşdıraraq, terror qrupları, xüsusən İŞİD ilə hərtərfli mübarizənin vacibliyini vurğulayıb.
Zərif regional olaylara da toxunub və bildirib ki, suriyalı-suriyalı və yəmənli-yəmənli danışıqların keçirilməsi bütün tərəflərin iştirakı ilə ön şərt olmadan əhatəli həll yolunun əldə olunması ilə nəticələnəcək.
Özbəkistan xarici işlər naziri də Zəriflə görüşdə ölkəsinin ikitərəfli və regional həmkarlıqları genişləndirməyə hazır olduğunu bildirib.
Əbdüləziz Kamalov Mərkəzi Asiya ölkələrinin sərhədlərində əmin-amansızlığın mövcud olmasına işarə edərək, regional stabillik və təhlükəsizliyin bərqərarı üçün ölkələrin iki və çoxtərəfli əməkdaşlıqlarına təkid edib.
İran xarici işlər naziri də gələn həftə Daşkənddə keçiriləcək iki ölkənin müştərək komissiyası iclasının təşkilinə işarə edərək, ümidvarlıq edib ki, bu hadisə iki ölkənin mövcud imkanlardan daha artıq istifadəsinə zəmin yaradacaq.

Teqlər