Zərif: İran ədalətsizliyə qarşı mübarizədə bütün İslam ölkələri ilə əməkdaşlığa hazırdır
May 27, 2015 18:11 Asia/Baku
İran İslam Respublikasının xarici işlər naziri İran İslam Respublikasının ədalətsizliyə qarşı mübarizədə bütün İslam ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, Məhəmməd Cavad Zərif bu gün çərşənbə Küveytdə keçirilən İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin 42-ci iclasında deyib: İran İslam dininin prinsipləri əsasında olan, sülh, rəhmət, həmrəylik həmçinin, ədalətsizlik və təcavüz ilə mübarizəyə təkid edən yol xəritəsinin icrası istiqamətində bütün ölkələrlə xoşməramlılıq əsasında əməkdaşlığa hazırdır.İran xarici işlər naziri əlavə edib: Əməkdaşlıq, təmkinli olmaq və terrorizmi rədd etməklə İslam ümmətinin gücləndirilməsi istiqamətində səy göstərmək və məsuliyyətli olmaq İslam Əməkdaşlıq Təşkilatının başlıca vəzifəsi olmalıdır.
Məhəmməd Cavad Zərif həmçinin deyib: İslam ölkələri müxtəlif lakin tam ahəngdarlığa malik olan daxili və xarici təhdidlər ilə üz-üzədir. Bu fitnənin əsas məqsədi isə rəhmət dini olan İslamı tamamilə yanlış formada təqdim etməkdir.
İran xarici işlər nazirinin dediyinə görə, İslam ölkələrinin diqqətini Fələstin məsələsi kimi ortaq bir məsələdən yayındırmaq məqsədilə İslam ölkələri arasında təfriqə və düşmənçilik toxumunun səpildiyini və böhranlara rəvac verildiyini deyərək, əlavə edib: bu fitnələrdən biri İslam ölkələri arasında bir-birinə qarşı etimadsızlıq və qorxu hissinin yaradılmasıdır.
Zərif həmçinin deyib: Regiondakı böhranların hərbi həll yolu yoxdur. Hərbi seçimdən istifadə sadəcə zorakılıq və ifratçılığın yayılmasına, nifrət hissinin aşılanmasına səbəb olur. Buna görə də böhranlar üçün siyasi həll yolundan başqa həll yolu yoxdur.
İranın xarici işlər naziri həmçinin, müştərək dini-əqidəti bazanın olmasını da İslam ölkələrinin dəyərli sərmayəsi adlandırıb və deyib: bu inam müsəlmanlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi üçün münasib baza sayılır.