İraqçı, Təxt Rəvançi və Şmidtin 2-ci tur məsləhətləşməsi sona çatıb
May 28, 2015 08:32 Asia/Baku
-
İraqçı, Təxt Rəvançi və Şmidt
İran xarici işlər nazirinin müavinləri çərşənbə günü yekun anlaşmanın mətninin tənzimlənməsi istiqamətində Vyanada Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini ilə müzakirə aparıblar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidtlə Yekun Müştərək Təşəbbüs Prqoramının ilkin mətninin hazırlanması və ixtilaflı halların azaldılması üçün 3 gün müzakirə edirlər.Müavinlərlə yanaşı İran Xarici İşlər Nazirliyinin Siyasət və Beynəlxalq Məsələlər baş idarəsi və tərksilah məsələləri üzrə idarəsinin baş direktoru Həmid Bəidinejad və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müşavini Stefan Klementin başçılığı ilə ekspert qrupları yekun anlaşmanın əlavələri üzərində işləyirlər.
ABŞ dövlət katibinin müavini Vendi Şerman da çərşənbə günü Vyanaya daxil olub.
Bundan öncə İraqçı 5+1 qrupuna üzv digər ölkələrin xarici işlər nazirləri müavinlərinin də danışıqlara qoşula biləcəklərini ehtimal etmişdi.
Yekun anlaşma mətninin tənzimlənməsi üzrə müzakirələrin 5-ci turu cümə gününə qədər davam edəcək.