May 28, 2015 10:27 Asia/Baku
  • Yukiya Amano
    Yukiya Amano

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru bir daha deyib ki, İran müfəttişlərə hərbi obyektlərinə baxış keçirmək icazəsi verməlidir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano Paris səfəri çərçivəsində çərşənbə günü Fransa İnformasiya Agentliyinə müsahibədə deyib: İran əlavə protokola qoşulduğu halda bu ölkənin hərbi obyektlərinə baxış keçirmək tələbi agentliyin haqqıdır.
Amano əlavə edib: İranın atom proqramlarının mahiyyətinin müəyyənləşməsi aylarla zamana ehtiyaclıdır.
AEBA baş direktoru deyib: Biz ziddiyyət müşahidə etdikdə və yaxud şübhəli olduğumuzda, misal üçün elan olunmamış bir məkana baxış keçirməyi istəyirik və bu tələb hərbi obyektlərə şamil ola bilər.
Amano deyib: Hərbi obyektin həssaslığına görə bəzi mülahizələr nəzərdə tutulmalıdır. Lakin AEBA bütün məkanlar, o cümlədən hərbi obyektlərə baxış keçirmək haqqına malik olmalıdır.
O həmçinin deyib ki, nüvə anlaşması imzalandığı və agentliyin onun icrasına nəzarət üzrə məsul olduğu halda bu məsələ agentliyin ən önəmli məsələsinə çevrilir və bu qurum əlavə insan qüvvəsi və maliyyə təminatına ehtiyaclı olacaqdır.
İslam İnqilabının Böyük Rəhbəri zabit tələbələrlə görüşündə nüvə müzakirələrində yeni tamahkarlıqlar, o cümlədən İranın hərbi obyektlərinə baxış keçirmək və iranlı alimlərlə danışıqlar aparmaq üzrə icazəyə toxunaraq bildiriblər: Bu icazə mütləq verilməyəcəkdir və düşmənlər bilsinlər ki, İran xalqı və rəsmiləri tamahkarlıqlar və zorakılıqlar qarşısında heç vaxt geri çəkilməyəcəklər.

Teqlər