Nüvə müzakirələri davam edir \ Kerri və Zərif bu gün görüşəcəklər
https://azeri.sahartv.ir/news/İran-i194328-nüvə_müzakirələri_davam_edir_kerri_və_zərif_bu_gün_görüşəcəklər
Nüvə müzakirələri bu gün Cenevrədə İran və ABŞ xarici işlər nazirləri səviyyəsində davam edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2015 04:14 Asia/Baku
  • Zərif və  Kerri
    Zərif və Kerri

Nüvə müzakirələri bu gün Cenevrədə İran və ABŞ xarici işlər nazirləri səviyyəsində davam edəcək.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, ABŞ dövlət katibi Con Kerri bu gün şənbə Cenevrədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb, danışıqlar aparacaq.
İran xarici işlər nazirinin müavinləri Abbas İraqçı və Məcid Təxt Rəvançi də Vyanada yekun anlaşma sənədi ilə bağlı ekspertlər və nazir müavinləri səviyyəsində 3 gün davam edən müzakirələrin ardınca bu gün Cenevrədə Məhəmməd Cavad Zərifə qoşulublar.
ABŞ-ın energetika naziri Ernest Muniz və ABŞ-ın baş nüvə müzakirəçisi Vendi Şerman da Cenevrə müzakirələrində Con Kerrini müşayiət edəcəklər. Bu müzakirələr bu gün yerli vasxtla saat 11-də başlanmalıdır. İranın xarici işlər naziri Cenevrə hava limanına daxil olduqdan sonra deyib: Ötən həftə Vyanada cərəyan edən müzakirələrin ardınca yekun nüvə anlaşması sənədinin hazırlanması prosesinin gedişi ilə bağlı dəyərləndirmələrimiz olacaq və ötən müzakirələr əsasında, müzakirələrin davamı barədə qərar qəbul ediləcək.