Vilayəti: Sionistlər bölgədə zəncirvari qarşıdurmalar yaradıblar
İyun 01, 2015 10:13 Asia/Baku
-
Əli Əkbər Vilayəti
İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri deyib: Amerika sionist rejimlə əlbir olaraq məqsədli dəyişiklikləri yaratmaq üçün Yaxın Şərqdə zəncirvari proqramı icra etməkdədir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əli Əkbər Vilayəti bazar günü gecə bir televiziya proqramında əlavə edib: Bütün bu proqramlar ilk öncə Suriyadan başlandı və hazırda İraq, Yəmən, həmçinin Pakistana çatıb. İŞİD-in Əfqanıstanın şimalında olduğunu nəzərə alaraq onların Çinə qarşı gələcək proqramı Sin Kiank vilayətindədir.Suriya proseslərinə münasibət bildirən Vilayəti xatırladıb: Bu ölkədə 4 illik ağır və dəhşətli müharibədə bir çox bölgə dövlət qüvvələri və terrorçular arasında əldən ələ keçib. Lakin inanıram ki, İran və Hizbullahın dəstəyi ilə Suriya xalqı və dövləti qalib gələcəkdir.