İyun 01, 2015 15:37 Asia/Baku
  • Xəzər
    Xəzər

Xəzər dənizinin hüquqi statusunun tənzimlənməsi üzrə işçi qrupunun 40-cı iclası Tehranda keçirilib.

Dövri şəkildə Xəzəryanı ölkələrin paytaxtlarında keçirilən bu iki günlük iclasda Xəzər dənizinin hüquqi statusunun tənzimlənməsi üzrə konvensiyanın müddəaları araşdırılıb.
İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpur bu iclasda deyib: Ötən bir ildə eniş-yoxuşlara baxmayaraq, sahilyanı ölkələr arasında Xəzər dənizi üzrə yaxşı addımlar atılmış və məsləhətləşmələr aparılmışdır.
"Xəzəryanı ölkələrin fəaliyyətləri və addımlarının zirvə nöqtəsi Rusiyanın Həştərxan şəhərində 4-cü Xəzəryanı ölkələrin dövlət başçılarının iclasında özünü göstərdi" deyən Rəhimpurun sözlərinə görə, bu iclasda Xəzər dənizinin su canlılarının qorunması, su və hava proqnozu barədə əməkdaşlıq və Xəzər dənizində fövqəladə hadisələrin qarşısının alınmasına şamil olan 3 əməkdaşlıq sənədi imzalandı.
İran xarici işlər nazirinin müavini əlavə edib: Ötən bir ildə atılan addımların diqqəti cəlb edəcək olmasına baxmayaraq, münasib nöqtəyə çatmaq üçün Xəzəryanı ölkələr tərəfindən əlavə səylər göstərilməlidir.
Rusiya prezidentinin Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi də deyib: Tehran iclasında, eləcə də ötən ayda Bakı iclasında Xəzəryanı ölkələr ixtilafların aradan qaldırılması üçün önəmli və əsaslı addımlar atmışlar. 20 ilə yaxındır ki, Xəzər dənizinin 5 sahilyanı ölkəsi arasında müzakirələr davam edir və bu illə rərzində müzakirələr yüksələn xətt üzrə inkişaf etmişdir. Xüsusilə də ötən bir il yarım ərzində İranda 11-ci hökumət iqtidara gəldikdən sonra bu müddətdə Xəzər dənizinin hüquqi statusunun tənzimlənməsi barəsində 9 və ya 10 iclas təşkil olunmuşdur.
İran İslam Respublikasının qənaətincə, Xəzər dənizi sahilyanı ölkələrin iqtisadi inkişafı üçün saysız fürsətləri yaradıb. Buna görə, hədsiz-hüdudsuz istifadə etməklə bu dənizin yalnız iqtisadi cəhəti ilə kifayətlənmək olmaz. Qarşıdakı fürsətlərdən, dəniz, dəmiryolu, hava və yol nəqliyyatı sahəsində Xəzəryanı ölkələr arasında neçətərəfli əməkdaşlığı diqqət mərkəzində saxlamaq olar.

Teqlər