İyun 02, 2015 08:14 Asia/Baku
  • Zərif: Region ölkələri ilə əməkdaşlıq İranın prioritetidir
    Zərif: Region ölkələri ilə əməkdaşlıq İranın prioritetidir

İran İslam Respublikası xarici işlər naziri deyib: Qonşu ölkələrlə əməkdaşlığı genişləndirmək İranın xarici siyasətinin prioritetidir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif Livanın əl-Məyadin televiziyasına verdiyi müsahibədə əlavə edib: Fars körfəzinin ətrafında yerləşən ərəb ölkələri müştərək problemlərin həlli üçün aydın dialoqa başlamalıdırlar.
"Qonşu ölkələrlə münasibətlərin genişləndirilməsi İranın xarici prioritetidir və bu ölkələrə qarşı istənilən təhdid İran İslam Respublikasına qarşı da təhdid hesab olunur" -deyə Zərif bildirib.
İran xarici işlər naziri söyləyib: İranın Fars körfəzinin ətrafında yerləşən ərəb ölkələri, başqa sözlə Fars Körfəzi Əməkdaşlıq Şurasına əsaslı diqqəti vardır. Çünki onlar bir strateji bölgədə yaşayırlar və bütün region ölkələri müştərək problemlərin həlli üçün bir-birləri ilə əməkdaşlıq etməlidirlər.
İran İslam Respublikası xarici işlər naziri həmçinin region ölkələrini təhlükəsizliyin bərqərar olunması və terrorizmlə mübarizə üçün əməkdaşlıq etməyə çağıraraq Səudiyyə Ərəbistanı hökumətinin Yəmənə hücumunu tənqid atəşinə tutub və bildirib: Hava hücumları və pul verməklə təhlükəsizliyin bərqərar edilməsi dövrü artıq keçib.
İranın regionda təhlükəsizliyin bərqərar olunması üçün əməkdaşlığa hazır olduğunu bildirən Zərifin sözlərinə görə, İran İslam Respublikası heç bir qonşu ölkəyə hücum etməyib. Əksinə bu ölkələrə həmişə kömək etmişdir.

Teqlər