1,2 milyon zəvvar Həzrət İmam Xomeyninin (rə) anım mərasimində
https://azeri.sahartv.ir/news/İran-i194455-1_2_milyon_zəvvar_həzrət_İmam_xomeyninin_(rə)_anım_mərasimində_
Şəhid Fəhmidə Qərargahının komandanı deyib: Proqnoz olunur ki, bu il ölkə səviyyəsində 1 milyon 200 min zəvvar Həzrət İmam Xomeyninin (rə) anım mərasimin keçiriləcəyi məkana gələcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2015 09:53 Asia/Baku
  • 1,2 milyon zəvvar Həzrət İmam Xomeyninin (rə) anım mərasimində
    1,2 milyon zəvvar Həzrət İmam Xomeyninin (rə) anım mərasimində

Şəhid Fəhmidə Qərargahının komandanı deyib: Proqnoz olunur ki, bu il ölkə səviyyəsində 1 milyon 200 min zəvvar Həzrət İmam Xomeyninin (rə) anım mərasimin keçiriləcəyi məkana gələcək.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, general-leytenant Kazimeyni Həzrət İmam Xomeyninin (rə) anım mərasimi ilə əlaqədar xüsusi mətbuat konfransında əlavə edib: Həzrət İmam Xomeyninin (rə) vəfatının ildönümünün xüsusi mərasimin natiqi İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei olacaqlar.
Kazimeyni əlavə edib: Həzrət İmam Xomeyninin (rə) vəfatının ildönümü ilə əlaqədar mərasimin keçirilməsi üçün 12 komitə nəzərdə tutulub ki, bu mərasim daha əzəmətli şəkildə keçirilsin.
Kazimeyni deyib: İnformasiya, bələdçilik, mühafizə, təhlükəsizlik, araşdırma, səhiyyə və müalicə, yerləşdirmə, dəstək, mədəniyyət, ictimai əlaqələr və İmamın pak məqbərəsinin zəvvarlarının işlərinin koordinasiyası üzrə komitələr bütün işləri yerinə yetirəcəklər.
General Kazimeyni söyləyib: Müxtəlif ölkələrdən təxminən 3 min qonaq bu mərasimdə iştirak edəcək.