Zərif ifratçılıqla mübarizə üçün geniş həmkarlıq vacibliyini vurğulayıb
İyun 04, 2015 09:13 Asia/Baku
-
Zərif ifratçılıqla mübarizə üçün geniş həmkarlıq vacibliyini vurğulayıb
İran xarici işlər naziri ifratçılığın regionda bütün region ölkələrini hədələdiyini bildirərək, bu təhlükəli fenomen ilə mübarizə üçün geniş həmkarlıq və həmrəylik vacibliyini vurğulayıb.
Səhər kanalının məlumatına görə, Məhəmməd Cavad Zərif dünən gecə Şanxay Əməkdaşlıq Təşkilatının "Regionda təhlükəsizlik və sabitlik" beynəlxalq konfransında iştirak məqsədilə Moskvaya daxil olduqdan sonra müxbirlər qarşısında deyib ki, bu iclas region ölkələri arasında fikir mübadiləsi üçün fürsət yaradıb.İran xarici işlər naziri sonra deyib ki, Moskvada öz həmkarları ilə regionda ekstremizm hədələri, son nüvə dəyişiklikləri, Yəmən, Suriya və İraqın durumu, İŞİD və ikitərəfli məsələlər barədə danışacaq.
Zərif İranın terrorizm və ekstremizmlə mübarizə yolları haqda Rusiya və Çin ilə məşvərətlər apacağına toxunaraq, söyləyib: İfratçılıq təkcə Yaxın Şərq üçün təhdid deyil və hazırda Mərkəzi Asiya və Əfqanıstana da çəkilib. İran və Şanxay Əməkdaşlıq Təşkilatı bu fenomen ilə mübarizə istiqamətində həmkarlıq etməlidirlər.
Şanxay Əməkdaşlıq Təşkilatının "Regionda təhlükəsizlik və sabitlik" beynəlxalq konfransı bu gün Moskvada keçiriləcək.