"İran tamahkarlıqlar qarşısında dayanır"
İyun 06, 2015 10:19 Asia/Baku
İran xarici işlər naziri deyib: İranın nüvə müzakirə komandası müzakirələrdə qarşı tərəfin tamahkarlığı qarşısında dayanır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Fars Xəbər Agentliyi ilə müsahibədə bildirib: Əgər Altılıq qrupu reallığı nəzərə alaraq, anlaşma üçün hansı çərçivənin qəbul ediləsi və hansı iddiaların sırf tamahkarlıq olduğunu bilərsə, anlaşmaya çatmaq olar.İranın diplomatiya idarəsinin rəhbəri İranın nüvə müzakirəçi komandasının baş üzvü Seyid Abbas İraqçının anlaşma mətninin tənzimlənməsində irəliləyişlərin olması, lakin əlavələr üzərində işləməyə ehtiyacın duyulmasına dair açıqlaması barəsində bildirib: Əgər müzakirə tərəfləri Lozannada razılıq olunan məsələlərin çərçivəsindən çıxmazlarsa, anlaşmaya çatmaq mümkündür.
İran xarici işlər naziri Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin yaxın gələcəkdə İrana səfər etmələri barəsində də deyib: İran Avropa Birliyi ilə əlaqələrə maraqlıdır və Avropa Birliyinə bir çox üzv ölkə də İranla münasibətləri genişləndirməyə meyllidir.
Zərif həmçinin Yəmənin vəziyyəti barəsində deyib: İran İslam Respublikası atəşkəsin yaradılması, humanitar yardımların göndərilməsi və yəmənli-yəmənli danışıqların keçirilməsini vurğulayır.
Zərif ümidvarlıq edib ki, yəmənli-yəmənli danışıqları üçün təyin olunan yeni tarixdə ilkin şərt və heç bir təxribatçılıq olmadan bu danışıqlar keçiriləcək və bütün yəmənlilər üçün qəbul ediləsi nəticə əldə olunacaq.