İranın Sepah və Təhlükəsizlik Nazirliyi terrorçulara qarşı 3 uğurlu əməliyyat keçirilib
İyun 06, 2015 20:18 Asia/Baku
-
Sepah və Təhlükəsizlik Nazirliyi terrorçulara qarşı 3 uğurlu əməliyyat keçirib
İran İslam Respublikası daxili işlər nazirinin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə müavini İran İslam İnqilabı Keşikçilər Korpusu və Təhlükəsizlik Nazirliyinin İranın qərb bölgələrində terrorçulara qarşı 3 uğurlu əməliyyat keçirdiyini bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın daxili işlər nazirinin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə müavini Hüseyn Zülfüqari 2015-ci ildə İranın qərbində terrorçu qruplaşmaların ünsürlərinin müəyyənləşərək həbs olunduğunu bildirərək deyib: Ümumilikdə bu il İranın təhlükəsizlik qurumları tərəfindən terrorçu qruplaşmalar qarşı uğurlu əməliyyatlar keçirilmişdir. Bu əməliyyatlar çox uğurlu və təsirli olmuşdur.Zülfüqari bildirib: İslam İnqilabı Keşikçilər Korpusu və hüquq-mühafizə qüvvələrinin əsasən cənub-şərqdə və cənubda və şimal-qərbin bir hissəsində terrorçu qruplaşmalara qarşı əməkdaşlığı çox faydalı olmuşdur.
İran daxili işlər nazirinin müavini əlavə edib: İranın qərbində terrorçu qruplara qarşı Sepah 2, Təhlükəsizlik Nazirliyi isə 1 əməliyyat keçirib. Bu əməliyyatlar uğurlu olub və terror qruplaşmalarına diqqəti cəlb edəcək tələfat vurulub.