Zərif: BMT regionumuzun məsələləri ilə onun reallıqlarına əsasən davransın
İyun 07, 2015 18:04 Asia/Baku
BMT baş katibinin İraq məsələləri üzrə xüsui nümayəndəsi bu gün İran xarici işlər naziri ilə görüşərək İraq məsələləri barədə danışıqlar aparıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, BMT baş katibinin İraq məsələləri üzrə xüsui nümayəndəsi Yan Kubiş bu gün İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşərək İraq məsələləri barədə danışıqlar və fikir mübadiləsi aparıb.Bu görüşdə İran xarici işlər naziri İraqın vahid qalmasının zəruriliyinə toxunaraq bu ölkədə təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması üçün beynəlxalq ictimaiyyətin köməyinin vacibliyini vurğulayıb.
Zərif İraq hökumətinin bu ölkədə vəhdət və yekdillik sahəsindəki funksiyasını alqışlayaraq bildirib: Önəmli olan budur ki, hamımız köməkedici rola malik olmağa çalışaq. Lakin təəssüflər olsun ki, regiondakı bəzi dostlarımız İraqda həmrəylik və vəhdətə qarşı addım atırlar. Bu sahədə BMT də regiondakı mövcud reallıqlara əsasən onun məsələləri ilə davranmalıdır.
İŞİD probleminin təkcə İraqa aid olmadığını və bütün regionu hədələdiyinə, eləcə də onların Ərəbistandakı hücumlarına toxunan Zərif əlavə edib: Əgər İŞİD öz yerini daha da möhkəmlədərsə, Ərəbistanda artıq nə şiələrə, nə də sünnilərə rəhm etməyəcək və o ölkənin təhlükəsizliyini ciddi şəkildə hədələyəcək.
BMT baş katibinin İraq məsələləri üzrə xüsui nümayəndəsi Yan Kubiş də bildirib: İraqın mərkəzi hökumətini dəstəkləməli və onu dəstəkləməliyik. Bu istiqamətdə İran İslam Respublikasının İraq barədə bütün regional və beynəlxalq məsləhətləşmələrdə iştirakı konstruktiv olacaqdır.