İran və Tacikistan münasibətlərin genişlənməsini alqışlayıblar
İyun 08, 2015 19:04 Asia/Baku
Tacikistan prezidenti və İranın energetika naziri ikitərəfli münasibətlərin genişlənməsini vurğulayıblar.
Mehr xəbər agentliyinin məlumatına görə, Tacikistan prezidenti İmam Əli Rəhman İranın energetika naziri Həmid Çitçiyan ilə bu gün Tacikistan paytaxtı Düşənbədə keçirdiyi görüşdə iki ölkənin iqtisadi əlaqələrinin genişlənməsinə toxunaraq, deyib ki, Tacikistanda 150-dən yuxarı iranlı şirkət fəaliyyət göstərir.Tacikistan prezidentinin sözlərinə görə, 2014-cü ildə Tacikistan ilə İran arasında əmtəə mal mübadiləsi 228 milyon dollardan yuxarı olubdur.
Tacikistan prezidenti vurğulayıb ki, "Sənge Tudə" su elektrik stansiyasının inşası ilə bağlı birgə təcrübədən istifadə edərək, Tacikistan İran tərəfindən digər elektrik stansiyalarının inşası üçün sərmayənin yatırılmasını istəyir.
İranın energetika naziri Həmid Çitçiyan da iki ölkənin çoxlu mədəni və tarixi ortaqlıqlarına toxunaraq, ümidvarlıq edib ki, bəzi maneələrin aradan götürülməsi ilə iki tərəf siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin daha da çiçəklənməsinin şahidi olacaq.