İyun 09, 2015 08:54 Asia/Baku
  • İranın hərbi obyektlərinə baxış keçirmək qadağandır
    İranın hərbi obyektlərinə baxış keçirmək qadağandır

İran Məsləhət Şurası Strateji Araşdırmalar Mərkəzinin direktoru deyib: İran İslam Respublikası heç bir vəchlə qəribəyə, istər amerikalı, istərsə də qeyri-amerikalıya İranın həssas hərbi obyektlərinə baxış keçirmək cazəsi vermir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran Məsləhət Şurası Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Əkbər Vilayəti bazar ertəsi günü Tehranda jurnalistlərə verdiyi açıqlamada Amerika rəsmilərinin sionist rejim başçıları ilə görüşü və onların İranın hərbi obyektlərinə baxış keçirməyi vurğulamaları barədə bildirib: Belə açıqlamalar Amerikanın daxili məsələlərini əsaslandırmaq üçündür və İranda hərbi obyektlərə baxış keçirmək icazəsi verilmir.
İran Məsləhət Şurası Strateji Araşdırmalar Mərkəzinin direktoru Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə enerjisinin sülhməramlı istiqamətindən yayınmanın heç bir nişanəsinin olmamasına dair təkrarlanan hesabatlarına toxunaraq deyib: Qərblilər arxayındırlar, lakin bəhanə arxasınca gəzirlər.

Teqlər