İyun 12, 2015 09:31 Asia/Baku
  • İran əsassız ittihamları rədd edir
    İran əsassız ittihamları rədd edir

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri və nümayəndəsi İranın nüvə fəaliyyətlərinin hərbi olması ehtimalına dair bəzi iddia və ittihamları əsassız adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın AEBA-dakı nümayəndəsi Rza Nəcəfi agentliyin Direktorlar Şurasının İran barəsindəki iclası sona çatdıqdan sonra deyib: İran İslam Respublikası "İranın nüvə proqramının hərbi olması ehtimalının cəhətləri" adı altında irəli sürülən əsassız ittihamları rəsmən tanımır.
İranın AEBA-dakı səfiri əlavə edib: İslam Respublikası müxtəlif iclaslarda, o cümlədən agentliklə keçirdiyi iclaslarda İranın nüvə fəaliyyətlərinin hərbi olmasına dair iddialar barəsindəki sənədlərin saxta olduğunu dəfələrlə bildirmişdir.
İranın sülhməramlı nüvə fəaliyyətlərinə qarşı Amerikada casusluq təşkilatlarının sənədlər hazırlaması, o cümlədən İranın qərbində yerləşən Mərivanda qadağan olunmuş fəaliyyətlər iddiasına toxunan Nəcəfi deyib: Tehran dəfələrlə bildirib ki, agentlik müfəttişlərini bölgəyə aparmağa və istədikləri məkanı görmələrinə şərait yaratmağa hazırdır. Lakin agentlik heç bir cavab verməmişdir.
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri bildirib: Agentliyin bu təklifi müsbət qarşılamaması göstərdi ki, agentliyə verilən məlumatlar yanlışdır.
Nəcəfi həmçinin İran və 5+1 Qrupunun nüvə müzakirələri barədə deyib: İranın qənaətincə, tərəflərin siyasi iradəsi davam edərsə və onlar anlaşılan parametrlərə sadiq qalarlarsa, iyun ayının sonuna qədər yekun anlaşma reallaşa bilər.

Teqlər