İrana qarşı hər cür hədəyə qətiyyətli cavab
İyun 13, 2015 17:30 Asia/Baku
İranın təhlükəsizlik naziri deyib: Təhlükəsizlik, hüquq-mühafizə və hərbi qüvvələrin sayıqlığı ilə İranın bütün sərhədləri əmin-amandır.
IRNA-nın məlumatına görə, İranın təhlükəsizlik naziri Mahmud Ələvi bu gün Yəzd ostanının imamcümə və imamcamaatlarının toplantısında qonşu ölkələrin təhlükəsizlik vəziyyətinə toxunaraq, vurğulayıb ki, həmin ölkələrdə təhlükəsizlik problemlərinin olmasına rəğmən, İran sərhədlərindəki təhlükəsizlik misalçəkiləsidir.İranın təhlükəsizlik naziri bəzi vaxtlar ölkə sərhədlərində baş verən terror qruplarının hərəkətlərinin hərbi dəyərinin olmadığını deyərək, söyləyib: Bununla belə, İranın təhlükəsizlik qüvvələri qüdrət və sayıqlıqla və mümkün olan ən tez bir zamanda hər cür anti-təhlükəsizlik hərəkəti ilə ciddi rəftar edir.
Ələvi vurğulayıb ki, İranın kəşfiyyat və təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının ən kiçik hərəkətini nəzarətdə saxlayır və onları İranda əmin-amansızlıq yaratmaq olan istəklərinə çatmaqdan çəkindiriblər.