İyun 15, 2015 19:47 Asia/Baku
  • General-leytenant Cəfəri: Sepah-ın təşkil olunmasında məqsəd, inqilab nailiyyətlərinin qorunmasıdır
    General-leytenant Cəfəri: Sepah-ın təşkil olunmasında məqsəd, inqilab nailiyyətlərinin qorunmasıdır

İran İslam İnqilabı Keşikçilər Korpusunun baş komandanı bu qurumun təşkil olunmasında məqsədi İslam İnqilabının nailiyyətlərinin qorunması adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının Sepah Nyuz-a istinadla verdiyi məlumata görə, İslam İnqilabı Keşikçilər Korpusunun baş komandanı general-leytenant Məhəmməd Əli Cəfəri bazar ertəsi günü bu qurumun ruhanilərinin konfransında deyib: İslam quruluşunun qorunmasının geniş cəhətləri olduğuna görə, həmişə bu məsələ diqqət mərkəzində durmalıdır ki, inqilab və onun nailiyyətlərinin qorunması, yalnız hərbi, müdafiə və təhlükəsizlik sahələri ilə məhdudlaşmır.
General-leytenant Cəfəri əlavə edib: Hərbi təhdidlərin mahiyyəti daim dəyişməkdədir. Elə buna görə, İslam İnqilabı Keşikçilər Korpusu- Sepah-ın müdafiə hazırlığı, təşkilatlanma, təchizat, təlimlər və qüdrətinin yüksəldilməsi diqqət mərkəzində durmalıdır.
İslam İnqilabı Keşikçilər Korpusunun baş komandanı bu qurumun hazırlıqlar örnəyinin dünyanın digər orduları ilə fərqləndiyini bəyan edərək bildirib: İslam İnqilabına qarşı hədələrin əsas hissəsi yumşaq şəkildədir və buna görə, Sepah-ın əsas qüdrət parametri kimi mənəviyyatı diqqətdə saxlamaq yüksək əhəmiyyət kəsb edir.
General Cəfəri bildirib: İslam İnqilabının xarici cəhətləri İslam İnqilabının Böyük Rəhbərinin bayraqdarlığı və xalqın dəstəyi ilə imperializmə və zülmə qarşı prinsipə arxalanmaqla irəliləməkdədir.

Teqlər