Nüvə nailiyyətlərinin qorunması üzrə İran hökumətinin vəzifəsi layihəsi parlamentdə
İyun 17, 2015 13:57 Asia/Baku
-
Nüvə nailiyyətlərinin qorunması üzrə İran hökumətinin vəzifəsi layihəsi parlamentdə
İran İslam Respublikası hökumətinin nüvə naliyyətlərinin qorunması üzrə vəzifəsi layihəsi İslam Şurası Məclisinin prioritetində durur.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İslam Şurası Məclisinin millət vəkilləri bu gün İranın nüvə nailiyyətləri və hüququnun qorunması üzrə hökumətin vəzifəsi layihəsinin prioritet olaraq araşdırılmasına 185 səslə yəni 92%-lə lehinə səs veriblər.İran İslam Şurası Məclisinin sədrəvəzi Məhəmməd Həsən Əbu Turabifərd deyib: Parlament İran xalqının əsas məsələsinə baxışda İslam İnqilabının Böyük Rəhbərinin bələdçilikləri və nüvə texnologiyasını qorumaq və nüvə şəhidlərinin qanına qiymət verməklə 92% səslə nüvə nailiyyətlərinin qorunması üzrə hökumətin vəzifəsi layihəsini təsdiqləyib.
İran İslam Şurası Məclisinin bu layihəsinə əsasən, 5+1 Qrupuna üzv ölkələrlə nüvə müzakirələrinin nəticələri o zaman etibarlı olacaqdır ki, bu layihənin əsas zərurətlərinə şəffaf şəkildə riayət olunsun və İslam Şurası Məclisi tərəfindən təsdiqlənsin. BMT Təhlükəsizlik Şurası, Avropa Birliyi, ABŞ Konqresi və hökumətində təsdiqlənən bütün sanksiyaların anlaşma günündə birdəfəlik və tam şəkildə ləğv edilsin, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə obyektlərinə normal şəkildə baxış keçirmələrinə icazə verilsin, istənilən bəhanə ilə alimlərin bütün sənədlərin əldə olunması və qeyri-nüvə hərbi, təhlükəsizlik və həssas məkanları baxışın keçirilməsi qadağan edilsin. Qeyd olunan bu hallar həmin layihənin müddəalarındandır.
Bu layihəyə əsasən sülhməramlı nüvə elmi və texnologiyasının əldə olunması və İranda nüvə sahəsində araşdırma və inkişafda istehsal və təminat üzrə heç bir məhdudiyyət qəbul ediləsi deyildir.
Bu arada İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi də deyib: Hazırkı şəraitdə nüvə müzakirə komandası Amerikanın tamahkarlıqları ilə üzləşib. Buna görə də, nüvə müzakirə komandasına dəstək məqsədilə bu layihənin təsdiqlənməsi, eləcə də Ali Milli Təhlükəsizlik Şurasının nəzərdə tutduğu məsələlərin riayət olunması və İslam İnqilabının Böyük Rəhbəri tərəfindən müəyyənləşdirilən qırmızı xətlərin qorunması vacibdir.