İran Fransadakı terror aktını pislədi
İyun 27, 2015 03:28 Asia/Baku
-
İran Fransadakı terror aktını pislədi
İran İslam Respublikası Xarici İşlər Nazirliyi Fransada törədilən terror aktını pisləyib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İran XİN sözçüsü Mərziyyə Əfxəm Fransanın Lion şəhəri yaxınlığında törədilən terror aktını pisləyib.Əfxəm deyib: Belə terror aktlarının islam dininin təlimləri ilə heç bir uyğunluğu yoxdur.
Sent Quentin Fallavier bölgəsində sənaye qaz zavodunda baş verən hadisə bir nəfərin ölməsi və bir neçə nəfərin yaralanması ilə nəticələnib.
Fransa prezidenti Fransua Olland zavoda hücumu terror aktı kimi qiymətləndirib.
Fransa prezidenti xatırladıb: Vətəndaşların hökumətdən gözləntiləri, yəni onların qorunması və terror qruplarının məhv edilməsi istiqamətində addımlar atılmalıdır.
Teqlər