İyun 30, 2015 16:53 Asia/Baku
  • İranda yerli radarların dizayn və istehsalında inkişaf
    İranda yerli radarların dizayn və istehsalında inkişaf

İran İslam Respublikası Ordusunun Xatəmul-Ənbiya (s.ə.s) Havadan Müdafiə Qərargahının komandanı İranda yerli radarların dizayn və istehsalında inkişafın olduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran Ordusu Xatəmul-Ənbiya (s.ə.s) Havadan Müdafiə Qərargahının komandanı general-leytenant Fərzad İsmaili Məşhədin Şəhraba havadan müdafiə bölməsinə baxış keçirdikdən sonra deyib: Yerli radarların dizayn və istehsalı sahəsində çox inkişaf əldə olunmuşdur.
Xatəmul-Ənbiya (s.ə.s) Havadan Müdafiə Qərargahının komandanı İranın havadan müdafiə yerli radarlarının dizayn və istehsalında inkişafın Müdafiə Nazirliyi və Univesitetlərin əməkdaşlığı və Qərargahın gənclərinin səyinə borclu olduğunu bildirərək əlavə edib: Kəşf və müəyyənləşdirmək havadan müdafiənin əsas hissəsidir və hazırda bu sahədə havadan müdafiə sistemi daxildə istehsal olunan radarlardan istifadə, onların ehtiyac duyulan bölgələrdə yerləşdirilməsi və həmçinin çox diqqətli nəzarət şəbəkəsindən istifadə ilə İranın səmasını tam şəkildə diqqət mərkəzində saxlayır.

Teqlər