İyun 30, 2015 17:22 Asia/Baku
  • Ayətullah Əraki islam dünyası alimlərinə məktub ünvanladı
    Ayətullah Əraki islam dünyası alimlərinə məktub ünvanladı

İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasının baş katibi bir məktubda islam dünyası alimlərindən istəyib ki, dünya müsəlmanlarını Ümumdünya Qüds Günü yürüşündə iştirak etməyə təşviq etsinlər.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadlı məlumatına görə, İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasının baş katibi Ayətullah Möhsün Əraki islam dünyası alimlərinə ünvanladığı məktubda islam dünyasına qarşı imperialist məkrli plana işarə edib və bildirib: Müsəlmanların öz amal və məqsədlərindən üç çevirmələri məqsədilə sionist rejim və ABŞ-ın məkrli planları islam cəmiyyətlərində ixtilaflar, kütləvi qırğınlar, uşaq qətləri və zəifliyin artmasına səbəb olmuşdur. Təəssüflər olsun ki, bir qrup cahil müsəlman islam adı ilə bu ixtilafları qızışdırırlar.
Ayətullah Ərakinin məktubunda bildirilir: İraq və Suriyada terrorizm və İŞİD terror qruplaşması, Yəmənin acınacaqlı vəziyyəti, islam ölkələrindəki ixtilaflar Fələstin və Qüds kimi islam ümmətinin əsil amallarının unudulmasına səbəb olmamalıdır.
Bu məktubda əlavə olunub: Fələstin islam ümmətinin amalı olaraq həmişə islam dünyasının vəhdət amili olmuşdur. İnşallah Qüds günündə alimlərin sionist-amerikalı məkrli planları barədə məlumatlar vermələri ilə islam ümmətinin vəhdət bəxş edən cilvəsi diqqətləri cəlb edəcəkdir.
Mübarək Ramazan ayının son cüməsi İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni (rə) tərəfindən Ümumdünya Qüds Günü adlandırılmışdır.

Teqlər