AEBA: İran Cenevrə anlaşmasına sadiqdir
İyul 02, 2015 10:32 Asia/Baku
-
AEBA: İran Cenevrə anlaşmasına sadiqdir
Atom Enerjisi üzrə Beynəlxlaq Agentlik öz hesabatında bildirib ki, İran 2013-cü ildə Cenevrədəki müvəqqəti nüvə anlaşmasına sadiqdir.
Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatında bildirilir: Tehran müvəqqəti anlaşmaya öhdəlikləri istiqamətində addım atır.Bu hesabata əsasən, iyun ayının sonunda İranın zənginləşdirdiyi uran 7 min 537 kiloqramdan çox olub və bu, 2013-də İran və 5+1 Qrupu arasındakı müvəqqəti anlaşmada nəzərdə tutulan miqdardan aşağıdır.
Hesabat elə bir halda yayımlanıb ki, İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi ötən gün deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Tehrana bir günlük səfədə İran İslam Respublikasının yüksək səviyyəli rəsmiləri ilə görüşəcək.
Kamalvəndinin sözlərinə görə, bu görüşlərdə İran və AEBA-nın əməkdaşlıqları və iki tərəfin əməkdaşlıqları prosesinin sürətləndirilməsi kimi məsələlər müzakirə olunacaq.