AEBA baş direktoru Tehrana daxil oldu
İyul 02, 2015 10:55 Asia/Baku
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ehtimal olunan nüvə anlaşmasının icrası prosesi barəsində İranın yüksək səviyyəli rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədilə Tehrana daxil olub.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano bu gün səhər Tehrana daxil olduqdan sonra İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşə gedib.AEBA nüvə anlaşmasının icrası prosesi barədə bir daha bildirib ki, İran nüvə fəaliyyətlərinin genişləndirilməməsi və ehtiyata yığılan uranın miqdarının keçmişdə olduğu səviyyədə saxlanılmasına dair 2013-cü il müvəqqəti anlaşmasının müddəalarına sadiq qalmışdır.
Qərb dairələri hazırkı şəraitdə Amanonun Tehran səfəri və İran İslam Respublikası rəsmiləri ilə danışıqlarını önəmli qiymətləndiriblər.