İyul 03, 2015 12:31 Asia/Baku
  • İran və agentliyin yerdə qalan məsələlərin həlli üzrə zaman cədvəli haqda anlaşması
    İran və agentliyin yerdə qalan məsələlərin həlli üzrə zaman cədvəli haqda anlaşması

İranın Atom Enerjisi Təşkilatının sözçüsü İran və agentliyin qaldırılmış məsələlərə son qoyulması üçün konkret zaman cədvəli haqda anlaşmasından xəbər verib.

ISNA-nın məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi dünən Tehranda MAQATE-nin baş direktoru Yukiya Amano ilə İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani arasındakı müzakirələrə toxunaraq, deyib: Bu müzakirələrdə iki tərəf keçmişdən irəli sürülən məsələlərə son qoymaq üçün konkret zaman cədvəlinin yaradılması vacibliyi haqda razılığa gəlib.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü əlavə edib: İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi və MAQATE-nin baş direktorunun anlaşmasına əsasən, qərara alınıb ki, qarşıdakı günlərdə qaldırılmış məsələlər barədə ekspert bəhsləri davam etsin və bu məsələ yekunlaşsın.
Kəmalvəndi bildirib ki, Şəmxani-Amano müzakirələrində faydalı və müxtəlif bəhslər edilib. O, deyib: Qərara alındı ki, iki tərəf İran-MAQATE əməkdaşlıqlarını sürətləndirə bilmək üçün həmkarlıqlar etsin.
İran ilə altılıq arasında nüvə müzakirələrinin keçirilməsi ilə bir vaxtda MAQATE-nin baş direktoru Yukiya Amano İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxaninin dəvəti ilə İranın nüvə məsələsi barədə danışıqlar aparmaq üçün dünən Tehrana daxil olub.
İran prezidenti ilə görüş də Amanonun Tehrandakı proqramlarından olub.
Ruhani bu görüşdə deyib: Dinc nüvə fəaliyyətlərinin genişləndirilməsi, həmçinin nüvə silahlarının yayılmasından çəkinmə, agentliyin iki əsas vəzifəsidir ki, üzvlər qarşısında müvazinətli surətdə və ayrı-seçkilik olmadan riayət edilməlidir.

Teqlər