Fələstin, İslam İnqilabının amallarındandır
İyul 05, 2015 16:47 Asia/Baku
İran İslam Şurası Məclisinin üzvü Fələstin və Qudsi-Şərifin azad edilməsi məsələsini İslam İnqilabının amallarından adlandırıb.
İran İslam Şurası Məclisinin üzvü Əhməd Əmirabadi ISNA ilə müsahibədə İranın dünya məzlumları və zəiflərini, xüsusən Fələstin xalqını dəstəkləməsinin davam etidiyini vurğulayaraq, deyib: Fələstin və Qudsi-Şərifin azad edilməsi məsələsi İslam İnqilabının amallarındandır.İran İslam Şurası Məclisinin üzvü bildirib ki, İran Qüdsü işğal etmiş rejimi qanunsuz rejim bilir və onunla mübarizə yolunda qətiyyətlidir. O, deyib: İran xalqının builki Ümumdünya Qüds günü yürüşündə möhtəşəm iştirakı sionist rejim himayəçilərinin bu rejimin cinayətlərini ört-basdır etmək üzrə səylərini zərərzisləşdirəcəkdir.
Əmirabadi terrorçu İŞİD qrupunu İsrail rejiminin məhsulu adlandıraraq, söyləyib: İslam İnqilabının əvvəlindən bəri İranın daxilində törədilmiş bir çox terror hadisələri sionist rejim tərəfindən planlaşdırılıbdır.