Xəzəryanı ölkəlkərin əməkdaşlıq memorandumunun mətni tənzimlənir
İyul 06, 2015 16:37 Asia/Baku
Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanları Xəzər dənizinin təhlükəsizliyinin təmin olunması barədə fikir mübadiləsi aparıblar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası ordusu Dəniz Qüvvələri komandanı kontr-admiral Həbibullah Səyyari Rusiyanın Sankt-Peterburq şəhərində Hərbi Dəniz Donanması Beynəlxalq Sərgisinin kənarında Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının ilk iclasının keçirildiyini bildirib və deyib: Bu iclasda Xəzəryanı ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün anlaşmanın ilkin mətni tənzimlənmdi. Əcnəbi qüvvələrin iştirakı olmadan və yalnız 5 sahilyanı ölkə tərəfindən Xəzər dənizində təhlükəsizliyin bərqərar olunması bu anlaşmanın müddəalarındadır.Rusiya Hərbi Dənzi Qüvvələrinin komandanı admiral Viktor Çirkov da deyib: Rusiyanın İranla dəniz təhlükəsizliyi əməkdaşlıqları sahəsindəki əlaqələri günü-gündən yaxşılaşır və möhkəmlənir.
Çirkov ümidvarlıq edib ki, bu proses genişlənməkdə olacaq və İran komandanları ilə çoxlu görüşlər keçiriləcək.
Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının iclası ilk dəfə olaraq İran İslam Respublikasının təklifi ilə keçirilib.