İyul 07, 2015 09:33 Asia/Baku
  • Tehranda İran və AEBA-nın sıx müzakirələri
    Tehranda İran və AEBA-nın sıx müzakirələri

İran Atom Enerjisi Təşkilatının sözçüsü Tehranda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik heyəti ilə sıx müzakirələrin getməsindən xəbər verib.

İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi dünən gecə IRIB müxbiri ilə müsahibədə deyib ki, Tehranda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik heyəti ilə sıx müzakirələr agentliyin baş direktoru Yukia Amanonun İrana son səfərində əldə olunmuş anlaşmaların detallarının araşdırılması məqsədilə keçirilib.
İran Atom Enerjisi Təşkilatının sözçüsünün dediyinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin beşnəfərlik heyəti Tehrana birgünlük səfərində İran Atom Enerjisi Təşkilatının rəsmiləri, İranın agentlikdəki daimi nümayəndəsi, həmçinin İran Milli Təhlükəsizlik Ali Şurasının məsul şəxsləri ilə müzakirələr aparıb.
İran Atom Enerjisi Təşkilatının sözçüsü bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik heyəti bu gün səhər Tehranı tərk edib.

Teqlər