General Cəzayiri İranın hərbi obyektlərinə baxışın qeyri-mümkün olduğunu vurğulayıb
İyul 10, 2015 10:05 Asia/Baku
İran Silahlı Qüvvələr baş qərargahının komandan müavini bir daha İran İslam Respublikası hərbi rəsmilərinin İranın hərbi məkanlarına baxışın keçirilməsi barəsindəki öncəki mövqelərini vurğulayıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, general-mayor Məsud Cəzayiri cümə axşamı gecə imperialist qüdrətlərin nüvə müzakirələri prosesindəki tamahkarlıqlarına toxuanraq əlavə edib: İran Silahlı Qüvvələri heç bir şəraitdə hərbi obyektlərə baxış icazəsi verməyəcəklər.General Cəzayiri deyib: İslam İnqilabının Böyük Rəhbərinin İranın hərbi obyektlərinə istənilən baxışın qadağan olunması barəsindəki buyruğu qətidir və xaricilər heç vaxt bu tələbə çatmayacaqlar.
İran Silahlı Qüvvələr baş qərargahının komandan müavini bildirib: İran İslam Respublikasının silahlı qüvvələrinin önləyici müdafiə potensialı aktiv formadadır və İrana qarşı istənilən hərəkətliliyə peşmanedici cavab verməyə hazırdır.