İyul 14, 2015 20:53 Asia/Baku
  • İran və AEBA-nın müştərək bəyanatı yayımlandı
    İran və AEBA-nın müştərək bəyanatı yayımlandı

İranın Atom Enerjisi Təşkilatının sədri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru əməkdaşlığın davam etdirilməsi üçün razılıq əldə ediblər.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano bu gün çərşənbə axşamı günü İranın nüvə proqramının keçmişdən qalan və hazırkı məsələlərinin yol xəritəsinə əsasən əməkdaşlığın davam etdirilməsi üzrə razılığa gəliblər.
İki tərəfin müştərək bəyanatına əsasən, AEBA və İran İslam Respublikası 14 iyul 2015-ci il tarixində razılıq ediblər ki, İran və agentlik tərəfindən indiyə qədər həll olunmayan keçmiş və hazırkı qalan məsələlərin hamısının həlli məqsədilə əməkdaşlıq və dialoqu gücləndirsinlər.
Bu bəyanatda bildirilir: İran 15 avqust 2015-ci il tarixinə qədər qalan məsələlər barəsində öz açıqlamasını və əlaqədar sənədləri yazılı şəkildə AEBA-ya təqdim edəcək və AEBA bu informasiyanı 15 sentyabr 2015-ci ilə qədər araşdıracaq və ehtimal olunan naməlum məsələlər barəsindəki suallarını İrana təqdim edəcək.

Teqlər