İyul 15, 2015 09:27 Asia/Baku
  • İran xalqının nüvə şənliyi
    İran xalqının nüvə şənliyi

İran xalqı könüllü surətdə müxtəlif şəhərlərin küçələrinə çıxaraq, nüvə nailiyyətini şənlik edib.

Xəbər agentliklərinin məlumatlarına görə, Tehranın və İranın digər şəhərlərinin əhalisi dünən gecə könüllü surətdə küçələrə çıxıb, avtomobillərin siqnallarını səsləndirib, İranın nüvə komandasını himayə istiqamətində şüarlar verərək, nüvə şənliyi keçirib.
İran xalqı ölkənin müxtəlif şəhərlərində İranın nüvə komandasının müqaviməti və ardıcıl fəaliyyətləri ilə İran İslam Respublikasının dinc nüvə enerjisi əldə etmək üzrə haqlılığının sübuta yetirilməsindən şadlıq və sevinc hissi ifadə edərək, yüz dəfə "Yaşasın, İran!" şüarı səsləndirib.
Nüvə nailiyyəti İslam İnqilabının Böyük Rəhbərinin nəzəri əsasında əldə olunub və nüvə müzakirələrinin yekunlaşdırılmasına əsasən, İranın dünyadakı yeri yüksəlib və BMT-nin əsasnaməsinin yeddinci fəslindən çıxarılıbdır.
İran İslam Respublikası və 5+1 qrupu on iki il nüvə müzakirəsindən sonra iyulun 14-də bu sahədə yekunlaşmaya çatdılar. Qərar üzrə müzakirələrin yekunu paytaxtlara getməlidir ki, nəzarət orqanlarının araşdırmalarından sonra yekun razılaşmaya çevrilsin.

Teqlər