İyul 16, 2015 08:43 Asia/Baku
  • İranın nüvə nailiyyətləri ixrac olunmalıdır
    İranın nüvə nailiyyətləri ixrac olunmalıdır

İran İslam Respublikası Məsləhət Şurasının sədri İranın nüvə nailiyyətlərinin gələcəkdə ixrac olunmasını vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Məsləhət Şurasının sədri Ayətullah Əkbər Haşimi Rəfsəncani bir qrup media, incəsənət və mədəniyyət xadimi iliə görüşdə bundan sonra İslam Respublikasının öz nüvə nailiyyətlərini ixrac edə biləcəyini bildirərək deyib: Dünənə qədər İranın istənilən nüvə addımına əngəl törədənlər hazırda rəsmi şəkildə qəbul ediblər ki, İslami İran elektrik istehsalı üçün modern atom elektrik stansiyaları inşa edə bilər.
Ayətullah Haşimi Rəfsəncani ABŞ-da sionist lobbi və saxta İsrail hakimlərinin narahatlığını müzakirələr meydanında İranın böyük qələbələsinin nişanəsi adlandırıb və deyib: Bu macəranın digər bir qələbəsi nüvə yekununun mətnidir.
İranın Məsləhət Şurasının sədri İranın zənginləşdirilmiş urana ehtiyacının olması barədə xəbərdarlıq edib: İslam Respublikasının hazırda ona ehtiyacı yoxdur. Çünki Buşehr AES-nin yanacağı təmin olunub. İstehsalımızı ixrac və qarşılığında zənginləşdirilə biləcək maddəni idxal edə bilərik.
Ayətullah Haşimi Rəfsəncani İranın avantürist olmadığını və heç vaxt kütləvi qırğın silahlar ardınca getmədiyini bildərərək deyib: İslam Respublikası Atom Enerjisi üzrə Beynəlxalq Agentlik müfəttişlərinin baxış keçirməsindən qorxmur. Çünki bomba düzəltmək istəmir.

Teqlər