İyul 19, 2015 19:35 Asia/Baku
  • Almaniyadan yüksək səviyyəli siyasi-iqtisadi heyət Tehrana gəlir
    Almaniyadan yüksək səviyyəli siyasi-iqtisadi heyət Tehrana gəlir

Almaniyanın 100 nəfərlik siyasi-iqtisadi heyəti İranın iqtisadiyyat bazarı ilə bağlı dəyərləndirmələrin aparılması məqsədilə Almaniya kanslerinin müavini və iqtisadiyyat və enerji naziri Ziqmar Qabriyelin başçılığı altında sabah Tehrana səfər edəcək.

İRİB-nin Berlindən verdiyi məlumata görə, bu səfər çərçivəsində Almaniyanın siyasi və iqtisadi rəsmiləri ilə yanaşı, Almaniyanın 20 böyük şirkətinin müdirləri də Tehranda olacaqlar. Bu, Vyanada İranın nüvə işi ilə bağlı müzakirələrin yekunlaşdırılmasının ardınca Avropadan İrana səfər edən ilk iqtisadi heyyətdir.
İranın Almaniyadakı səfiri Əli Macidi bu səfər ərəfəsində deyib: İran və dünyanın 6 böyük qüdrəti arasında əldə olunan nüvə uğurunun ardınca, İran ilə Avropa arasında ticari əlaqələrin genişlənməsi yolunda duran əsas maneə tam olaraq aradan qaldırılmış oldu. Almaniya, sanksiyalardan öncə İranın 2-ci ən iri ticarət şəriki idi.

Teqlər