Moqerini tezliklə Tehrana səfər edəcək
İyul 21, 2015 09:52 Asia/Baku
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi yaxın günlərdə Tehrana səfər edəcəyindən xəbər verib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini bazar ertəsi günü bir mətbuat konfransında bildirib ki, Hərtərəfli Müştərək Addım Proqramını(HMAP) himayə məqsədilə yaxın günlərdə Tehrana səfər edəcək.Moqerini HMAP sənədinin BMT Təhlükəsizlik Şurasında təsdiq edilməsinə işarə edərək, əlavə edib: Bu anlaşma İran ilə qonşu olan və region ölkələri üçün yaxşı bir anlaşmadır.
BMT-nin Təhlükəsizlik Şurası bazar ertəsi günü 2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə HMAP sənədini təsdiq edir.