Zərif: İran terrorizm ilə mübarizədə böyük rola malikdir
İyul 21, 2015 20:29 Asia/Baku
-
Zərif: İran terrorizm ilə mübarizədə böyük rola malikdir
İran İslam Respublikasının xarici işlər naziri İranın regionda terrorizm və ifratçılıq ilə mübarizədəki rolunu önəmli adlandırıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün çərşənbə axşamı Tehranda İsveçrə xarici işlər nazirinin müavini İv Rise ilə görüşüb, ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər barədə danışıqlar aparıb. İran İslam Respublikasının xarici işlər naziri bu görüşdə deyib: İran regionda terrorizm və ifratçılıq ilə mübarizədə böyük rola malikdir.Zərif İran və İsveçrə arasında əlaqələrin inkişaf etdirilməsi zərurətinə təkid edərək, İranın Avropa ölkələri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib və ümidvarlıq edib ki, bu əməkdaşlıqlar tez bir zamanda gerçəkləşsin.
İranın xarici işlər naziri həmçinin, İran İslam Respublikasının region ölkələri xüsusilə də qonşu ölkələr ilə əməkdaşlıqların genişləndirilməsində maraqlı olduğuna təkid edib.
İv Rise də bu görüşdə Vyanada nüvə müzakirələrində yekun nəticənin əldə edilməsinə işarə edərək, İran və İsveçrə əlaqələrinin ikitərəfli, regional və beynəlxalq müstəvilərdə genişləndirilməsinə təkid edib.