İyul 22, 2015 09:04 Asia/Baku
  • Əli Əkbər Vilayəti
    Əli Əkbər Vilayəti

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: 12 il davam edən müzakirəlrin nəticəsi Hərtərəfli Müştərək Addım Proqramı(HMAP) və BMT TŞ-nin 2231 saylı qətnaməsi oldu.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti İranın 2-ci telekanalının eksklüziv xəbər buraxılışının qonağı olduğu zaman deyib: Anlaşmanın 2 tərəfi var və bir tərəfin istəklərinin digər tərəfə qəbul etdirilməsi kimi bir məsələ yoxdur. Əldə edilən yekun nəticənin güclü və zəif nöqtələri var. Amma, bu da tamamilə təbii bir məsələdir.
Vilayəti İranın nüvə müzakirə heyətinin, əldə edilən anlaşmanın 100% məqbul və nöqsansız olduğu iddiasında olmadığına da işarə edib və deyib: Bir neçə il öncə ilə müqayisə etdikdə görürük ki, əgər, o zaman hətta 3 ədəd sentrifuqanın fəaliyyət göstərməsinə icazə vermək istəmirdilərsə, bu gün 6000 aktiv sentrifuqanın olması ilə razılaşmaları böyük bir uğurdur. Amma, aydın məsələdir ki, bunun özü də ideal deyil.
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri əlavə edib: Nüvə müzakirələrinin sonu olması və 10 ildən sonra bu mövzunun bağlı elan edilməsi anlaşmanın müsbət cəhətidir.
Vilayəti həmçinin, BMT TŞ-nin 2231 saylı qətnaməsinin icrasının icbari olmasına toxunaraq, deyib: İkitərəfli anlaşmalar zamanı əldə olunan razılıq icbaridir. Amma, BMT-nin Təhlükəsizlik Şurasının üzvləri arasında ahəngdarlığın olmaması, bəzi üzvlərin veto haqqına malik olmasını nəzərə alaraq, əgər TŞ-də İranın milli maraqlarına zidd qətnamə qəbul olunarsa, Tehran özünü onu icra etməyə borclu bilmir.
Vilayəti 2231 saylı qətnamədə nigaranlığa səbəb olan məsələlər o cümlədən silah və raket sanksiyaları barədə deyib: Bundan öncə də İran silah sanksiyalarına məruz idi və Tehran öz işlərini görərək, BMT TŞ-nin qərarını gözləməyib.
Vilayəti həmçinin deyib: Əgər İran müdafiə məqsədli raketlər istehsal edə bilməzsə, İrana bu işi qadağan edən anlaşma icra edilə bilməz.
İnqilab Rəhbərinin müşaviri həmçinin deyib: BMT TŞ-nin qətnaməsində İrandan istənilib ki , nüvə başlığı daşıya bilən ballistik raketlər düzəltməsin. Halbuki, İran raketləri bu iş üçün layihələşdirilməyib.

Teqlər