İranın yeni nəsil raketləri hər bir təcavüzkara cavab verməyə hazırdır
https://azeri.sahartv.ir/news/İran-i196181-İranın_yeni_nəsil_raketləri_hər_bir_təcavüzkara_cavab_verməyə_hazırdır
İranın Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü deyib: İranın yeni nəsil raketləri hər bir təcavüzkarla qarşılaşmaq və ona cavab verməyə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2015 04:46 Asia/Baku
  • general-mayor Seyid Məsud Cəzayiri
    general-mayor Seyid Məsud Cəzayiri

İranın Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü deyib: İranın yeni nəsil raketləri hər bir təcavüzkarla qarşılaşmaq və ona cavab verməyə hazırdır.

Səhər Beynəlxalq Televiziyasının Sepahın ictimai əlaqələr şöbəsinə istinadla verdiyi məlumata görə, general-mayor Seyid Məsud Cəzayiri İran İslam Respublikası Silahlı Qüvvələrinin regional proseslər və İran xalqı düşmənlərinin mövqeləri və rəftarlarına hərtərəfli şəkildə nəzarət etdiyini və məlumatlı olduğunu bildirərək deyib: İran İslam Respublikası Silahlı Qüvvələri ölkənin müstəqillik və ərazi bütövlüyü, amalları, quruluşun və xalqın dəyərlərini qorumaq üçün heç bir səyi əsirgəməyəcək və şübhəsiz zorakı, imperialist qüdrətlər və asılı beynəlxalq dairələrin təhdidlərinə etina etmədən öz müdafiə potensiallarını genişləndirməyi gündəmində saxlayır.
İslami İranın heç vaxt strateji yanlışlıq etməyəcəyini bildirən general Cəzayiri əlavə edib: İran xalqı iti gözü ilə barmağı tətikdə düşmənin və avantüristlərin regional və regiondan kənar rəftarını diqqətli şəkildə izləyir və nəzarət edir.
"İranlılar öz reaksiyasını Ağ Ev və yaxud onların nalayiq və avantürist başçılarının təbəsssümü və qaşqabağı ilə tənzimləmirlər" -deyən Cəzayirinin sözlərinə görə, Amerika rəsmiləri yaxşı olar ki, reallıqları qəbul etsinlər, İranın hərbi obyektlərinə baxış keçirmək və İslam Respublikasının müdafiə potensiallarının məhdudlaşdırılması kimi boşboğazlıqdan əl çəksinlər.