Elmi olimpiadalarda medal qazanan bir qrup bəsic İnqilab Rəhbəri ilə görüşüb
İyul 26, 2015 17:54 Asia/Baku
-
Ayətullahülüzma Xamenei
İran və beynəlxalq elmi olimpiadalarda medal qazanan bir qrup bəsic İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei ilə görüşüblər.
İslam İnqilabının Böyük Rəhbərinin imamlığı ilə qılınan günorta və əsr namazından sonra baş tutan bu görüşdə elmi olimpiadaların medalçıları riyaziyyat, fizika və kompüter sahələrində 22 medalı Həzrət Ayətullahülüzma Xameneiyə təqdim ediblər.İslam İnqilabının Böyük Rəhbəri bazar günü bu görüşdə gənc medalçıları alqışlayaraq yüksək elmi nailiyyətlərin qazanılmasını inqilab övladlarının elmi istedadı və irəliləyişlərinin nişanəsi adlandırıb və deyiblər: Bu nişanələr və irəliləyişlər İranın qüdrəti və daxili iqtidarını artıran məsələdir.