İyul 27, 2015 13:36 Asia/Baku
  • İran Türkmənistanla 1 milyard dollarlıq memorandum imzalamağa hazırdır
    İran Türkmənistanla 1 milyard dollarlıq memorandum imzalamağa hazırdır

İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini İranın Türkmənistanla bir milyard dollarlıq memorandum imzalamağa hazır olduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Tehranda çıxan Ettelaat qəzeti bugünkü sayında yazıb: İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini Əmirhüseyn Zəmaniniya deyib: İran məhsul, texniki və mühəndislik xidmətlərini Türkmənistana ixrac etməyə hazırdır.
Zəmaniniya İranın neft-kimya məhsullarının region ölkələri, o cümlədən Orta Asiya ölkələrinə ixracı barəsində də xatırladıb: İranın neft-kimya məhsulları rəqiblərin məhsulları ilə müqayisədə yüksək keyfiyyətlidir. Buna görə, İran şirkətləri var-gücləri ilə bu sahədə fəaliyyət göstərməlidirlər.
Bazar günü İranın yol və şəhərsalma naziri Abbas Axundi və Türkmənistan xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə keçirilən İran və Türkmənistan Müştərək İqtisadi Əməkdaşlıqlar Komissiyasının 14-cü iclasında tərəflər ikitərəfli əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar.

Teqlər