Zərif: İran terrorizmlə mübarizədə İraqı dəstəkləyir
İyul 27, 2015 22:39 Asia/Baku
-
Məhəmməd Cavad Zərif
İran İslam Respublikası xarici işlər naziri deyib: İran terrorizm və radikallıqla mübarizədə İraq xalqı və dövlətinin kənarında qalacaqdır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü Nəcəf-Əşrəfdə mətbuat konfransında deyib: Ekstremizm və firqəçilik bütün region ölkələrini hədələyən təhlükədir və region xalqları, ölkələri və dövlətləri koordinasiya və birlikdə bu fenomenlə mübarizə aparmalıdırlar.Zərif 3 qonşu ölkəyə səfəri barədə əlavə edib: Bu regional səfər Fars körfəzinin ətrafında yerləşən ölkələr arasında əlaqələrin genişlənməsi məqsədilə baş tutub və onun çərçivəsində Küveyt və Qətər rəsmiləri ilə region və islam dünyasının tələbləri və beynəlxalq sülh və təhlükəsizlik barəsində danışıqlar aparıldı. İraqda da bu məsləhətləşmələr davam edəcək.
İraq şiələrinin təqlid mərcələri, o cümlədən Ayətullah Əli Sistani ilə bugünkü görüşünə toxunan İran xarici işlər naziri deyib: Dini mərcəiyyət sülh və təhlükəsizlikdə həmişə bariz, əsaslı və konstruktiv rola malik olmuşdur.
Zərif ötən gündən ikitərəfli münasibətlər, nüvə müzakirələrinin nəticələri və regional proseslər barədə fikir mübadiləsi aparmaq məqsədilə Küveyt, Qətər və İraqa regional səfərə başlayıb.