İyul 29, 2015 08:45 Asia/Baku
  • Federika Mogerini -Əli Laricani
    Federika Mogerini -Əli Laricani

İslam Şurası Məclisinin sədri Avropa Birliyinin xarici siyasət məsələləri üzrə məsul şəxsi ilə görüşdə İran və 5+1 qrupunun nüvə anlaşmasına toxunaraq əlavə edib: İslam Şurası Məclisi konstitusiyaya əsasən, təsdiqlənən qanunlar və nüvə elminin inkişafı və genişləndirilməsi sahəsində ölkənin prioriteti çərçivəsində bu anlaşmanı araşdırmağa başlayacaqdır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əli Laricani deyib: Daha önəmli məsələ bu anlaşmanın icra formatıdır. İslam Şurası Məclisi həssaslıqla onun icra formatına nəzarət edəcəkdir.
Sözlərinin davamında Fransa, İngiltərə və Almaniyanın Tehranla 2003-cü il nüvə anlaşmasının icrasına sadiq qalmamalarını xatırladıb və əlavə edib: Vyana yekunu təsdiqləndiyi halda İran anlaşma müddəalarına sadiq qalacaq və onu diqqətlə icra edəcəkdir. Lakin İran xalqı anlaşmanın icrası barədə 5+1 qrupu tərəfindən sədaqətsizliyi hiss edərsə, şərait dəyişəcək və İslam Şurası Məclisi 5+1 qrupu tərəfindən anlaşmanın icra formatını izləyəcək.
Bu görüşdə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini də Vyana anlaşmasının İslam Şurası Məclisində araşdırılmasını önəmli adlandırıb və əlavə edib: Avropa ölkələri bir müddət öncədən Vyana anlaşmasının icrası üçün zəruri addımların atılmasına başlayıblar.

Teqlər