Vilayəti: Nüvə anlaşması pis anlaşma deyil
İyul 31, 2015 09:16 Asia/Baku
-
Nüvə anlaşması pis anlaşma deyil
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri və İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri deyib: Vyana nüvə anlaşması nümunəvi və özünəməxsus anlaşma deyil.
İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti əl-Cəzirə televiziyasına verdiyi müsahibədə deyib: Heç bir anlaşmada müzakirə edən tərəflərin gözləntisi 100% təmin olunmur və buna əsasən Vyana nüvə anlaşması pis anlaşma deyil.İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri əlavə edib: Vyanada müzakirə edən heyətlər çalışdılar ki, hamının qəbul etdiyi müştərək prinsiplərə çatsınlar və Vyana nüvə anlaşması buna əsasən əldə olunub.
Vilayəti həmçinin xatırladıb: İran İslam Şurası Məclisi Vyana nüvə anlaşması qəbul etmək və ya etməmək üzrə əsas məsuliyyəti vardır və bu qanunverici orqan Amerika Konqresinin bu anlaşma barədə hansı qərarı verəcəyini nəzərə almır.
İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri İranın raket və müdafiə qüdrəti məsələsinin müzakirələrin bir hissəsi olmadığını bəyan edərək deyib: İranın öz ərazisini və vətəndaşlarını müdafiə etməsi üçün silah qüdrəti olmaq haqqı vardır və bu məsələnin ABŞ və digər qərb ölkələrinə aidiyyəti yoxdur.
Vilayəti bir daha üzünü amerikalılara tutaraq xatırladıb: Heç bir qüdrətin haqqı yoxdur ki, İranın həssas hərbi mərkəzlərinə baxış keçirsin və Vyana nüvə anlaşması İran İslam Respublikasının addımlarına əsaslanır.
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri həminin daxili və xarici siyasətin həssas məsələləri barəsində deyib: Daxili və xarici əsaslı və önəmli məsələlər, o cümlədən ABŞ-la əlaqələr kimi məsələlər barədə yalnız İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei son sözü deyə bilərlər.
Vilayəti region prosesləri, xüsusilə də İraq və Yəmən olayları barədə də deyib: İraq heç vaxt İranın strateji dərinliyi deyil. Yəmən də Səudiyyə Ərəbistanının strateji dərinliyi olmamalıdır. Çünki Yəmən müstəqil ölkədir.
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri İran və Fələstin İslami Müqavimət Hərəkatının əlaqələri barədə deyib: İranın Həmas Hərəkatı ilə əlaqələri dostluq əlaqələridir və bu hərəkatın siyasi bürosunun sədri Xalid Məşəl İranın dostudur.