İranda yüksək patogenli quş qripi yoxdur
Avq 01, 2015 11:54 Asia/Baku
İranın Baytarlıq Təşkilatının sədri deyib: İranda yüksək patongeli quş qripinin olmaması barədə Ümumdünya Səhiyyə Təşkilatına elan olunub.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Mehdi Xələc deyib: Güclü səhiyyə və qarantin şəraitinin icra olunması, valilik və Kənd Təsərrüfatı Nazirliyi rəsmilərinin dəstəyi ilə artıq Mazandaran və İranın digər vilayətlərində yüksək patogenli quş qripinin heç bir halı yoxdur.Xələc əlavə edib: 3-4 həftə ərzində aparılan yoxlamalar və analizlərə əsasən xəstəlik barədə heç bir hal müşahidə olunmayıb. Buna görə, bu xəstəliyin olmaması barədə Ümumdünya Səhiyyə Təşkilatına elan olunub.
Xələc bildirib: Öncədən elan etdiyimiz kimi, istehlakçılar arxayınlıqla toyuq əti və toyuq yumurtasını istifadə edə bilərlər.
Onun sözlərinə görə, qonşu ölkələrə də quşçuluq məhsullarının münasib şəraitini elan etmişik və Baytarlıq Təşkilatı da bu məhsulları təsdiqləyir və onun ixracına icazə verəcək.
Son vaxtlar Azərbaycan Respublikası İranın şimalında Mazandaranda quş qripinin olması bəhanəsi ilə İrandan toyuq idxalını məhdudlaşdırıb.