İran və AEBA-nın anlaşma sənədi Amerika Senatının ixtiyarına verilə bilməz
Avq 01, 2015 17:18 Asia/Baku
-
İran və AEBA-nın anlaşma sənədi Amerika Senatının ixtiyarına verilə bilməz
İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi deyib: İran və AEBA-nın anlaşma sənədi Amerika Senatının ixtiyarına verilə bilməz.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Rza Nəcəfi şənbə günü İSNA-ya verdiyi müsahibədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amanonun Amerika Senatının Xarici Əlaqələr Komitəsinin iclasında iştirak etməsi və senatorların İran və agentlik arasındakı son anlaşmanın mətnindən məlumat almağa dair səylərinə toxunaraq deyib: İran və AEBA arasındakı gizli sənəd hətta Amerika hökumətinin ixtiyarına verilməyib. Buna görə, bu sənəd mütləq Senata təqdim oluna bilməz və İran bu məsələni tam şəkildə baş direktor üçün müəyyənləşdirib.Rza Nəcəfi AEBA baş direktoru Yukiya Amanonun Konqresin iclasında iştirak etməsi və Senatın Xarici Əlaqələr Komitəsinin üzvləri ilə görüşdə Müştərək Təşəbbüs Proqramı üzrə agentliyin rolu haqda məlumat verməsi barədə əlavə edib: Üzv ölkələrdən birinin parlamentinin AEBA baş direktorunu dəvət etməsi və onun bu dəvəti qəbul edib-etməməsi baş direktorun səlahiyyətlərindəndir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik cümə günü bir bəyanat yayaraq Müştərək Təşəbbüs Proqramın detalları barəsində baş direktor Yukiya Amanonun Senatın Xarici Əlaqələr Komitəsinin üzvləri ilə görüşünü təsdiqləyib.
Bu bəyanata əsasən, Amano çərşənbə günü 5 avqustda ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri ilə görüşərək Müştərək Təşəbbüs Proqramına əsasən Tehranın öhdəliklərinə nəzarətdə agentliyin rolu barədə söhbət edəcək.